İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək
23.07.2026 13:33

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliyi imzalayıb.

Qanuna əlavə olunan yeni maddəyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək.

Qanuna əlavə edilən daha bir maddəyə əsasən isə psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək.

Növbəti dəyişikliklə psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.

Bundan başqa, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılacaq.

Həmçinin məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin ediləcək.

Eyni zamanda elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq ediləcək.

Sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.

Həmçinin psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.

Eyni zamanda müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.

Prezidentin qanunun tətbiqi ilə bağlı imzaladığı Fərmana əsasən isə Nazirlər Kabineti psixiatriya müəssisəsində məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı rejim qaydalarını və təhlükəsizlik tədbirlərinin hədlərini üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
23 июля 2026
Rusiya təyyarəsi ilə bağlı diqqətçəkən iddia - Qəza yoxsa təxribat? 16:44 Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı 16:31 Google оштрафован на сотни миллионов евро — В ЧЕМ ПРИЧИНА? 16:21 İranda jurnalist canlı yayıma snayperlə çıxdı - VİDEO 15:58 В Бейлагане начинается суд по делу о произошедшем вооруженном инциденте 15:55 Будь проклят отец того, у кого есть 10 тысяч...» — Эти объекты принадлежат Ахаду Абыеву? 15:44 Rusiya 400 məktəblini Şimali Koreyaya niyə göndərdi ? -VİDEO 15:41 Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı 15:27 «Араз-Нахчыван» усилил состав гвинейским футболистом 15:27 Тофик Мирзоев похоронен в Израиле 15:08 Туристический поток в Азербайджан сократился более чем на 10 % 15:00 США по уши в долгах СПИСОК стран, которым задолжал Вашингтон 14:54 СРОЧНО — В Москве потерпел крушение самолёт 14:45 Почему летом дороги превращаются в полигон? — ЗАЯВЛЕНИЕ 14:40 Премьер-министр Ирака прибыл с визитом в Тегеран 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Вашингтон выдвигает Кубе новые условия: «Или вы изменитесь, или...» 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Азербайджанская компания приобрела нефтяные месторождения в США — Историческое соглашение 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Все новости