Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı
26.05.2026 20:40

Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətlərinə baxılmasına dair ilkin baxış iclası başlayıb.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakimlər Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin prokurorları Anar Ələkbərov və Sevinc Qasımova, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

İclasda məhkəmə tərkibi və tərcüməçilər proses iştirakçılarına təqdim olunub, məhkumların şəxsiyyət və anket məlumatları dəqiqləşdirilib, onların prosessual hüquq və vəzifələri izah edilib.

Tərəflər məhkəmə tərkibinə və tərcüməçilərə etirazlarının olmadığını bildiriblər.

Bundan əlavə, tərcüməçilərə qanunvericiliyin tələbləri, hüquq və vəzifələri izah olunub, məhkumların onlara etirazlarının olub-olmaması dəqiqləşdirilib. Müdafiəçilər, zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorların səlahiyyətləri elan olunub.

Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov çıxışında bildirib ki, apellyasiya şikayətləri verilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl olunub. O qeyd edib ki, hazırkı mərhələdə məhkəmə baxışına hazırlıq iclasının predmetini işin apellyasiya baxışına təyin edilməsinin mümkünlüyü məsələsi təşkil edir. İttiham tərəfi hesab edir ki, apellyasiya icraatının başlanılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual şərtlərə əməl olunub və iş əlavə sübutlar tələb edilmədən məhkəmə baxışına təyin edilə bilər.

Məhkəmə tərəflərin mövqelərini və verilmiş vəsatətləri müzakirə etdikdən, həmçinin tərəflərin verilən vəsatətlərə münasibətini öyrəndikdən sonra müşavirəyə gedib.

Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və cinayət işi apellyasiya baxışına təyin edilib. Bildirilib ki, məhkəmə baxışı istintaq aparılmadan və əlavə sübutlar tədqiq edilmədən iyunun 2-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Все новости