Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açıldı

Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açıldı
18.03.2026 23:42
Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb.

TodayPress TV xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbir “SOCAR Midstream Gas Operations” şirkətinin təşəbbüsü və dəstəyi, “DADDI” sosial sahibkarlıq müəssisəsinin təşkilatçılığı, bp, PAŞA Holdinq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, SOCAR MGO-nun icraçı direktoru Polad Rüstəmov, Paşa Holdinqin Baş icraçı direktorun müavini Səidə Baxşıyeva, bp AGT-nin xarici əlaqələr şöbəsinin rəhbəri Günəş Əliyeva, DADDI Sosial Sahibkarlıq müəssisəsinin təsisçisi Məhbubə Əliyeva çıxış ediblər.

Çıxışlar zamanı daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti, onların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyi və bu istiqamətdə müxtəlif qurumlar arasında əməkdaşlığın rolu vurğulanıb.

Çıxışçılar qeyd ediblər ki, sərginin məqsədi inklüzivliyi və sosial həmrəyliyi təşviq etmək, daun sindromlu şəxslərin yaradıcılıq imkanlarını nümayiş etdirmək və onların potensialını daha geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbir çərçivəsində daun sindromlu müəlliflərin rəsm əsərlərindən ibarət satış-sərgi təşkil olunub. Satış sərgidən əldə olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib.

Tədbirin bədii hissəsində inklüzivlik mövzusunda məhz bu tədbir üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və daun sindromlu şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, daun sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib.

Sərgidə təqdim olunan əsərlər tədbir ərəfəsində YARAT Müasir İncəsənət Mərkəzində keçirilən iki günlük yaradıcılıq master-klassları çərçivəsində hazırlanıb.

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Все новости