Bu məlumatları yayan saytların fəaliyyəti məhdudlaşdırılacaq – QANUN QƏBUL EDİLDİ

Bu məlumatları yayan saytların fəaliyyəti məhdudlaşdırılacaq – QANUN QƏBUL EDİLDİ
10.07.2026 11:43

Azərbaycanda internet informasiya ehtiyatlarında qanunla qadağan edilən məzmunun yayılmasına qarşı nəzarət daha da gücləndirilir.

TodayPress TV bildirir ki, Milli Məclis bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Qanuna əsasən, müəyyən edilmiş qanun pozuntuları aşkar edildiyi halda internet informasiya ehtiyatının və ya onun müvafiq hissəsinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.

Məhdudiyyət tətbiq ediləcək hallara aşağıdakılar daxildir:

narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanması, istifadəsi, qanunsuz əldə olunması və ya tərkibində narkotik maddələr olan bitkilərin becərilməsi ilə bağlı məlumatların yayılması;

pornoqrafik materialların, o cümlədən uşaq pornoqrafiyasına aid məzmunun yerləşdirilməsi;

ictimai mənəviyyatı təhqir edən, açıq şəkildə əxlaqsız ifadələrin, jestlərin və milli-mənəvi dəyərlərə zidd görüntülərin yayılması;

qanunla icazə verilməyən qumar oyunlarının təşkili və ya həmin oyunlarda iştiraka təşviq edən məlumatların paylaşılması;

intiharı problemlərin həlli yolu kimi təqdim edən, ona bəraət qazandıran, təbliğ edən və ya intihar üsullarını izah edən materialların yayılması;

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinə uyğun yaş məhdudiyyəti ilə işarələnməyən film, animasiya, kompüter və digər elektron oyunların yerləşdirilməsi (“Universal” yaş kateqoriyası istisna olmaqla);

təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatların dərc edilməsi;

insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə, nəqliyyat, rabitə, energetika, maliyyə və digər mühüm infrastruktur obyektlərinin fəaliyyətinə təhlükə yarada biləcək yalan məlumatların yayılması.

Qəbul edilən dəyişikliklərə əsasən, bu xarakterli məzmunun yerləşdirildiyi internet informasiya ehtiyatına və ya onun müvafiq bölməsinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 По делу «Toplum TV» оглашен приговор 17:43 Пляжная дилемма женщин в хиджабах: они сами носят хиджаб, но является ли грехом для них видеть посторонних мужчин (намахремов)? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 Медиа-реестр (MEDİA) распространил заявление в связи с включением AzTV Ираном в список «враждебных СМИ» 16:28 Что остановило США? — появились новые версии 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 На бакинских пляжах разыскивают мужчину, пристававшего к малолетним девочкам — ФОТО 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Сильный ветер привел к несчастному случаю в «Амай»е— есть пострадавший 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Все новости