Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi
18.03.2026 12:18

Martın 17-də Azərbaycan Respublikasının Baş prokuroru yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, iclası Azərbaycan Respublikasının Baş prokuroru, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib, çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini də vurğulayıb.

Çıxış zamanı qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunub, Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, həyata keçirilən genişmiqyaslı beynəlxalq əməkdaşlıq və regionda sabitlik və inkişafın təmin olunmasına yönəlmiş siyasətin əhəmiyyəti xüsusi vurğulanıb. 

Eyni zamanda qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə sosial, humanitar və mədəni sahələrdə həyata keçirilən çoxşaxəli layihə və təşəbbüslər ölkəmizin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və beynəlxalq humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq hüquq tətbiqi təcrübəsində aktual olan bir sıra məsələlər müzakirə edilib. Müzakirələr zamanı cinayət və inzibati qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində yaranan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Belə ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən edilən və yol-nəqliyyat hadisəsi yerindən qaçmadan bəhs edən norma, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev ifadənin yerində yoxlanılması istintaq hərəkətinin sübutetmə prosesində əhəmiyyəti və bu istintaq hərəkətinin yerinə yetirilməsi zamanı qarşıya çıxan çətinliklər, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində korrupsiya xarakterli, lakin cinayət tərkibi yaratmayan əməllər üçün dəqiq normalar və sanksiyaların təsbit edilməsinə dair məsələlər, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində ortaya çıxan problemlər barədə çıxış edib.

Qeyd olunanlardan əlavə, iclasda  cinayət təqibi sahəsində mövcud problemlərin elmi və praktiki baxımdan araşdırılmasına həsr olunmuş “Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı aparılan cinayət təqibinin xüsusiyyətləri və mövcud problemlər” və “Cinayət təqibi üzrə icraatın dayandırılmasının  aktual problemləri” adlı metodik vəsaitlər təqdim olunub, Şura üzvləri tərəfindən həmin vəsaitlərin hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və hüquq mühafizə orqanlarının fəaliyyətində praktiki əhəmiyyət daşıdığı vurğulanıb.

İclas çərçivəsində gündəlikdə duran digər aktual məsələlər üzrə də fikir mübadiləsi aparılıb, Şura üzvləri tərəfindən bir sıra təkliflər irəli sürülüb.

İclasın sonunda Elmi-Məsləhət Şurasının sədri yekun nitqi ilə çıxış edərək aparılmış müzakirələrin hüquq sisteminin inkişafına və qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

TodayPress TV

ФОТО

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 1
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 2
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 3
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 4
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 5
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 6
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 7
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 8
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirildi — 9
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Все новости