TÜRKPA və MDB PA yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər

TÜRKPA və MDB PA yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər
30.11.2025 14:48
TÜRKPA nümayəndə heyəti, Baş katibin müavini Talqat Aduov və komissiya katibi Aynurə Abutalıbova Qırğız Respublikasında keçirilən növbədənkənar parlament seçkilərinin qısamüddətli müşahidəsi çərçivəsində MDB üzv dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) nümayəndə heyəti ilə görüş keçirib.

Qurumdan TodayPress TV-yə verilən məlumata görə, MDB PA Şurası Katibliyinin sədr müavini, MDB PA Demokratik İnkişafın Monitorinqi üzrə Beynəlxalq İnstitutun direktoru cənab İvan Muşket TÜRKPA nümayəndə heyətini salamlayaraq, MDB PA müşahidə missiyasının fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, Qırğız Respublikasının Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası 71-dən çox müşahidəçini akkreditə edib. Onların sırasında MDB ölkələrinin senator və deputatları, MDB PA rəsmiləri, habelə MDB PA nəzdində Demokratik İnkişafın Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertləri yer alır.

Müzakirələr əsasən seçki sisteminin əsas aspektlərinə, beynəlxalq standartlara uyğun seçki prosedurlarının təhlili, müşahidə meyarlarının standartlaşdırılması və beynəlxalq monitorinqlə bağlı digər məsələlər ətrafında aparılıb. Cənab Muşket bildirib ki, bütün bu məsələlər və digər aktual mövzular 19–20 fevral 2026-cı il tarixlərində MDB PA mənzil-qərargahında keçiriləcək "Seçkilər və Referendumlar İnstitutuna Etimadın Formalaşdırılması: Beynəlxalq Müşahidənin Rolu" adlı beynəlxalq konfransda geniş şəkildə müzakirə olunacaq və TÜRKPA nümayəndə heyətini konfransda görmək arzusunu ifadə edib.

Öz növbəsində TÜRKPA Baş katibinin müavini Talqat Aduov görüşdən məmnunluğunu ifadə edərək cənab Muşketə təqdim etdiyi ətraflı məlumat üçün təşəkkür edib. O, TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının fəaliyyəti və tərkibi barədə məlumat verərək, qurumun obyektiv və peşəkar monitorinqə sadiqliyini xüsusi vurğulayıb. Cənab Aduov həmçinin TÜRKPA Baş katibi səfir Ramil Həsən tərəfindən Beynəlxalq Katibliyin fəaliyyətinin effektivliyinin artırılması məqsədilə irəli sürülən təşəbbüslər, TÜRKPA+ formatında yeni əməkdaşlıq mexanizmi, Assambleya çərçivəsində milli parlament nümayəndə heyətlərinin müxtəlif beynəlxalq parlamentar platformalarda əlaqələndirilməsinin gücləndirilməsi, təcrübə mübadiləsi proqramları və s. barədə məlumat verib.

Qurumlar arasında qarşılıqlı müşahidəçi statusunun əldə edilməsinə hazırlığı vurğulayan cənab Aduov bildirib ki, TÜRKPA yeni əməkdaşlıq istiqamətlərinə açıqdır və parlamentlərarası əməkdaşlığın innovativ formalarının araşdırılmasını vacib hesab edir.

Görüşdə, həmçinin MDB PA Katibliyindən Baş katibin müşaviri cənab Sergey Karavayev və MDB PA Demokratik İnkişafın Monitorinqi üzrə Beynəlxalq İnstitutun filiallarla iş üzrə şöbə müdiri cənab Aleksandr Ksendzov iştirak ediblər.
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Все новости