Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edildi

Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edildi
20.07.2026 18:00

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə TodayPress TV-yə XİN-dən məlumat verilib.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.

Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikiləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
21 июля 2026
Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olundu 15:34 Yeni deportasiya əsasları təsdiqləndi: Əmrə tabe olmayan miqrantlar... 15:12 Klinika rəhbəri “Baku TV” əməkdaşlarına hücum etdi - VİDEO 15:06 İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək? 15:03 İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirildi - YENİLƏNDİ 14:27 “İmişli” “Qarabağ”ı darmadağın etdi 15:00 Kəlbəcərdə mina hadisəsi baş verdi 14:53 Теневая армия Ирана: оккупация Азербайджана? — Расследование 14:32 Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirildi - VİDEO 14:27 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 13:02 Информация об обнаружении мёртвого плода в подвале больницы расследуется — ОБНОВЛЕНО 14:11 Rusiya Zaporojyeni "alovlara" qərq etdi: Ölənlər var - VİDEO 13:55 Как Каспий спасает утопающий Иран — Раскрываются шифры 13:40 Если Пашинян так ненавидел Россию, он ходил бы гулять вдоль границы с Турцией — туманные намеки Тофика Зульфугарова 13:34 "Qəbələ" nigeriyalı futbolçu ilə anlaşdı 13:23 Türkiyə rəsmən elan etdi: S-400-ləri satır 13:05 Как Баку будет ладить с Тель-Авивом после «Биби»? 12:54 İran ABŞ-nin strateji hərbi bazasını vurdu 12:48 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ 11:45 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq 12:40 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:27 ООН опозорила Армению — от страны потребовали отчёт из-за арестов 11:59 İlham Əliyevin Almaniyada qarşılanma mərasimi oldu - VİDEO 12:02 Almaniyanın yeni səfiri Bakıdadır - FOTOLAR 11:48 15 milyardlıq nəhəng maliyyə: Qazaxıstan Çinlə ittifaqa gedir 11:46 Все новости