Bakıdan dünyaya çağırış: 3.5 milyard insanın mənzil...

Bakıdan dünyaya çağırış: 3.5 milyard insanın mənzil...
22.05.2026 13:34

WUF13 çərçivəsində qlobal mənzil böhranının həlli üçün çoxtərəfli əməkdaşlıq, innovativ maliyyələşmə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 qlobal mənzil böhranının həlli istiqamətində effektiv çoxtərəfliliyə, daha güclü tərəfdaşlıqlara, innovativ maliyyə mexanizmlərinə və bütün səviyyələrdə koordinasiyalı fəaliyyətə diqqət yönəldib:

“Forum təkcə miqyasına görə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq. Forum zamanı aparılan müzakirələrin, yaradılan imkanların və irəli sürülən həllərin konkret fəaliyyətlərə çevriləcəyi və dünyada 3,5 milyard insanı təsir edən mənzil və evsizlik problemlərinin aradan qaldırılmasına töhfə verəcəyi gözlənilir”.

Komitə sədri vurğulayıb ki, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 25-ci maddəsində qeyd olunduğu kimi, mənzil insan hüququdur və bu hüquq hər kəsin rifahı naminə təmin edilməlidir.

Anar Quliyev media nümayəndələrinin rolunu da xüsusi qeyd edib.

“WUF13 barədə məlumatların ictimaiyyətə çatdırılmasında sizin rolunuz çox vacibdir. Forumu işıqlandırmaqla onun məqsədlərinin, nailiyyətlərinin və müzakirələrinin qlobal ictimaiyyətə geniş şəkildə çatdırılmasını təmin edirsiniz”, – deyə o bildirib.

Komitə sədri əlavə edib ki, təşkilatçılar hər bir iştirakçının Bakıdan yalnız ilham almış şəkildə deyil, həm də güclü tərəfdaşlıqlar, aydın prioritetlər və yenilənmiş qətiyyətlə ayrılacağını ümid edir.

Anar Quliyev çıxışını “Tezliklə Meksikada görüşərik” sözləri ilə yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər