Şəhərlər böyüyür, mənzil isə tapılmır – WUF13-də həyəcan təbili!

Şəhərlər böyüyür, mənzil isə tapılmır – WUF13-də həyəcan təbili!
17.05.2026 18:18

“Layiqli mənzil təminatı ləyaqət, sosial inklüzivlik, sabitlik və sülhün təməlidir. WUF13-ün "Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dözümlü şəhərlər və icmalar" başlığı altında keçirilən builki mövzusunda da əks olunduğu kimi, bu məsələ Yeni Şəhər Gündəliyinin insanların gündəlik həyatında tətbiq edilməsi üçün ən təxirəsalınmaz başlanğıc nöqtələrindən biridir”.

TodayPress TV  xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Toplantısının bağlanış seqmentində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri çıxışında forumun səhər sessiyasında müxtəlif ölkələrin nazirləri və nümayəndə heyətlərinin rəhbərləri tərəfindən səsləndirilən milli bəyanatların mühüm məqamlarına diqqət çəkib:

“Birinci onilliyin icra təcrübələri göstərir ki, bir çox ölkələr dayanıqlı urbanizasiya üçün milli siyasətin və hüquqi çərçivələrin gücləndirilməsində ciddi tərəqqi əldə ediblər. Dövlətlər tərəfindən milli inkişaf planları, məkan planlaşdırılması qanunları və Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış strategiyalar uğurla tətbiq olunmaqdadır”.

Bir sıra nümayəndə heyətlərinin irimiqyaslı mənzil proqramları və əlçatan maliyyələşdirmə mexanizmləri qurduğunu bildirən Anar Quliyev şəhərlərin yenidən qurulmasında müasir alətlərin rolunu qeyd edib:

“Təcrübələr arasında irimiqyaslı mənzil layihələri, infrastruktur investisiyaları, qeyri-formal yaşayış məskənlərinin təkmilləşdirilməsi və iqlimə həssas planlaşdırma ön sıralardadır. Eyni zamanda rəqəmsal alətlərdən istifadə və yerli idarəetmə sistemlərinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb”.

Qlobal miqyasda hələ də həllini gözləyən ciddi problemlərin mövcudluğunu vurğulayan komitə sədri bəyanatını bu xəbərdarlıq və çağırışla tamamlayıb:

“Milli bəyanatlar mövcud çağırışların miqyasını da aydın göstərir. Sürətli urbanizasiya prosesi hazırda planlaşdırma, infrastruktur və mənzil təminatını üstələməkdə davam edir. Xüsusilə mənzil əlçatanlığı və qıtlığı problemi azgəlirli ailələr, gənclər, ilk dəfə ev alanlar, miqrantlar və məcburi köçkünlər kimi həssas qruplara mənfi təsir göstərir ki, növbəti dövrdə bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Все новости