Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
15.10.2025 15:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov finlandiyalı həmkarı, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, Finlandiyanın ATƏT-də sədrliyi dövründə prioritet istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə postmünaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Tərəflər ötən il COP29 çərçivəsində Bakıda, eləcə də bu ilin sentyabr ayında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi zamanı Nyu-Yorkda liderlər arasında keçirilmiş görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsini məmnunluqla qeyd ediblər. Nazirlər münasibətlərin genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin və dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı Finlandiyanın ATƏT sədrliyi çərçivəsində prioritetlərə toxunulub. C.Bayramov qeyd edib ki, Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti vurğulanıb.

Nazir həmçinin regionda son vəziyyət, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən tədbirlər və mina təhdidi barədə finlandiyalı həmkarını məlumatlandırıb.

Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. C.Bayramov 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb.

"Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər postmünaqişə dövründə reallıqları nəzərə alaraq funksional əhəmiyyətini itirmiş Minsk Prosesi, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin sentyabrın 1-dən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.

C.Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji vəziyyətin qiymətləndirilməsi və kiber təhlükəsizlik sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıb.

Nazir həmçinin ATƏT-in iqtisadi və ətraf mühit ölçüsü üzrə təşəbbüslərin əhəmiyyətini qeyd edərək Azərbaycan tərəfindən təşəbbüs göstərilən "Xəzər dənizi regionunda yaşıl limanların və bağlantıların təşviqi" layihəsinin uğurla icra olunduğunu və artıq üçüncü mərhələyə keçdiyini bildirib.

C.Bayramov Finlandiyanın ATƏT sədrliyinə uğurlar arzulayaraq bu sədrliyin çoxtərəfli dialoq və əməkdaşlıq mühitinin gücləndirilməsinə, ATƏT-in fəaliyyətinin canlandırılmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 Bütün Xəbərlər