Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir

Səfir: Azərbaycan Vaşinqtondan  minatəmizləmə sahəsində dəstək gözləyir
12.08.2026 16:01 Xarici siyasət

Azərbaycan minatəmizləmə texnologiyaları və üsullarının axtarışını davam etdirir və bu sahədə ABŞ-nin dəstəyinə ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim “Axios”a müsahibəsində bildirib.

Səfir Azərbaycanın mina probleminin miqyasının böyük olduğunu vurğulayıb.

“Adambaşına düşən göstəriciyə baxsaq, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir”, - diplomat qeyd edib.

Bakı ABŞ ilə mina təmizlənməsində əməkdaşlığa ümid edir

Xəzər İbrahim dünyanın mina təmizlənməsi sahəsində əldə etdiyi texnoloji imkanların Azərbaycana da kömək edə biləcəyini bildirib: “Dünyada çox sayda texnoloji yenilik var ki, bunlar kömək edə bilər. Ümid edirik ki, bu məsələ üzrə ABŞ ilə  da əməkdaşlıq edə biləcəyik”.

Səfirin sözlərinə görə, mina təmizlənməsi bahalı, vaxt aparan və təhlükəli prosesdir. Bu səbəbdən müasir texnologiyaların tətbiqi Azərbaycanın mina probleminin daha sürətli və təhlükəsiz şəkildə həllinə mühüm töhfə verə bilər.

Xəritələşdirmə əsas məsələlərdən biridir

Xəzər İbrahim minalanmış ərazilərin düzgün müəyyənləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

ABŞ-Azərbaycan əməkdaşlığı genişlənir

Xəzər İbrahim ABŞ administrasiyası ilə əməkdaşlığın praktiki xarakter daşıdığını vurğulayıb: “Hazırkı ABŞ administrasiyasının yaxşı cəhəti ondan ibarətdir ki, nə barədə razılığa gəlirsinizsə, dərhal onun üzərində işləməyə başlayırsınız”.

“Axios” yazır ki, Sovet İttifaqının dağılması və Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə regionda böyük həcmdə partlamamış hərbi sursatların qalmasına səbəb olub. Bu sursatlar insanların yaralanması və ya həlak olması ilə yanaşı, sənaye və iqtisadi fəaliyyət üçün də ciddi maneə yaradır. Nəşr qeyd edir ki, Marshall Legacy Institute 2005-ci ildən etibarən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 90-dan çox mina aşkarlayan it bağışlayıb. Agentlik və beynəlxalq tərəfdaşlar Azərbaycanın azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində fəaliyyət göstərirlər. Məlumata görə, Azərbaycan ABŞ ilə  sülh razılaşmasından sonra süni intellektdən enerjiyə qədər müxtəlif sahələrdə daha sıx əməkdaşlıq əlaqələri qurmağa çalışır. 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Litva Rusiya və Belarus sərhədində xəndəklər qazacaq – Müdafiə hazırlığı gücləndirilir 16:00 Türkiyədə F-16 qəzaya düşdü - VİDEO 16:41 Slovakiyada böyük güləş savaşı: Azərbaycan mundiala 30 idmançı ilə gedir 16:48 29 ştat "Meta"nı məhkəməyə verdi 16:00 "Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər 15:44 Kolumbiyada üç günlük matəm elan olundu 15:46 Günəşdə partlayışlar baş verəcək 15:34 14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! 16:05 Səfir: Azərbaycan Vaşinqtondan minatəmizləmə sahəsində dəstək gözləyir 15:28 Ferstappenin möhtəşəm ötməsi Montoyanı heyran etdi 15:48 Putindən sərt xəbərdarlıq: Avropa buna görə cavab verəcək 15:04 Gənc Xodardan böyük uğur: “Masters”də tarixi yarımfinal! 15:39 Siçan emojisi məhkəməni qarışdırdı: girov qərarı ləğv edildi 15:22 Günəş tutulması görmə qabiliyyətinə zərər verə bilər 14:54 Çempion futbolçu İtaliyaya getdi! Molina “Roma”da 14:51 Çin və İndoneziya Tayvan yaxınlığında birgə təlim keçirəcək 14:39 Ukrayna Rusiyaya sutka ərzində 1000 dron atıb 14:34 Rulyinin “Mançester Siti” macərası yenidən başlayır! 14:34 ABŞ və İran atəşkəsi uzadır? 13:59 “Sabah”ın Çempionlar Liqasında pley-off oyunlarının vaxtı bəlli oldu 14:24 Bütün Xəbərlər