Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü

Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü
22.06.2026 21:52

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə dost və qardaş ölkələr arasında münasibətlərin mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, əlaqələrin genişlənməsində iki ölkə liderləri arasında münasibətlərin mühüm rolu, qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə səfəri və "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi məmnunluqla vurğulanıb.

Azərbaycan və BƏƏ-nin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rol oynadığı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx təmasların, mütəmadi görüşlərin bu əlaqələrin daha da inkişafını şərtləndirdiyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, həmçinin APA, İƏT Pİ kimi təşkilatlarda fəal əməkdaşlıq əlaqələri qabardılıb.

Görüşdə İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası haqqında da fikir mübadiləsi aparılaraq, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inam ifadə olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Визит Путина на Итуруп поднял Токио на ноги: Япония выразила протест России 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 Израиль не уйдет из Ливана — министр обороны потребовал от армии долгосрочной подготовки 13:39 «Карри никуда не уйдет!» — уверенный сигнал от «Голден Стэйт» 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Paşinyan Ermənistandan Azərbaycana ixracla bağlı danışdı 13:27 Ограничения в метро увеличат пользование студентами автобусами — будут ли льготы? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Президент Ильхам Алиев принял верительные грамоты нового посла Германии 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Первый адрес после годичного перемирия: НАХЧЫВАН 12:12 СРОЧНЫЕ НОВОСТИ: В братской стране произошло сильное землетрясение 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 Иран хотел сбить самолет Трампа? — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 Все новости