Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik

Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik
24.06.2026 18:04

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində deyilir.

XİN rəsmisi bildirib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir:

“Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməni əsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur”.

O qeyd edib ki, Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir:

“Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri təşviq edir və normallaşma prosesinə zərbə vurur.

“Erməni əsirləri və saxlanılan şəxslər” barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməni əsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməni əsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər.

Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin “erməni mədəni və dini irsi” ilə bağlı iddiaları şərh etməsi gülüncdür”.

Ayxan Hacızadə vurğulayıb ki, qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur:

“Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Laura... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu 19:26 Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir 18:59 Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!” 18:13 TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi 18:27 Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu 18:06 Vuçiç Avropanın proqnozunu verdi: Soyuq qış, “isti” müharibə 18:00 Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı 16:21 “Çelsi”nin gənc ulduzuna Premyer Liqadan təklif – 2,4 milyonluq transfer 16:50 Все новости