Prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng etdi

Prezidenti İlham Əliyev Qurbanqulu  Berdiməhəmmədova zəng etdi
10.08.2025 14:13 Xarici siyasət

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Qurbanqulu Berdiməhəmmədovun bir müddət əvvəl Azərbaycana, o cümlədən Qarabağa səfəri və bu çərçivədə aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına toxunublar.

Telefon danışığı əsnasında Türkmənistanın Avaza şəhərində keçirilmiş BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransının əhəmiyyəti qeyd edilib. Dövlətimizin başçısı bu tədbirin uğurla təşkil olunması ilə bağlı Qurbanqulu Berdiməhəmmədova təbriklərini çatdırıb.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında əlaqənin yaradılmasına xidmət edəcək maneəsiz nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Türkmənistan Xalq Məsləhətinin sədri əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev onun salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və təbriklərini dövlətimizin başçısına çatdırıb.

Telefon söhbəti zamanı gələcək təmaslarla bağlı fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
Makronun həyat yoldaşı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 Bütün Xəbərlər