Prezident Odile Reno-Basso ilə görüşdü

Prezident Odile Reno-Basso ilə görüşdü
20.01.2026 17:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

TodayPress TV xəbər verir ki, söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi.

Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Все новости