TÜRKPA Qırğızıstanda monitorinq keçirdi

TÜRKPA Qırğızıstanda monitorinq keçirdi
01.12.2025 12:08

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğızıstanda növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib.

TodayPress TV xəbər verir ki, Qırğız Respublikasının Joqorku Keneşinin dəvəti ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Seçki Müşahidə Missiyası 30 noyabr 2025-ci il tarixində Qırğız Respublikasının Bişkek, Oş və Özgön şəhərlərində növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib.

Qazaxıstan Parlamenti Məclisinin üzvü Abzal Kuspanın rəhbərlik etdiyi missiyanın tərkibinə Milli Məclisin üzvü Cavanşir Feyziyev, Qazaxıstan Parlamenti Senatının üzvü Serik Şaydarov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Osman Mesten və Mahmut Rıdvan Nazırlı, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları və TBMM əməkdaşları daxil olub.

Oş və Özgön şəhərlərindəki Missiyanın tərkibinə isə TBMM üzvləri Mahmut Özer, Kadim Durmaz və Filiz Kılıç, həmçinin Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Mikayil Rəhimov, MSK Katibliyinin şöbə müdiri Fərid Abilov, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları və Türkiyə parlamentinin əməkdaşları daxil olub.

Missiya bir neçə seçki məntəqəsini ziyarət edib və səsvermə prosesini seçki məntəqələrinin açılmasından başlayaraq səslərin sayılmasına qədər müşahidə edib. Missiya üzvləri seçicilər, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə yerində söhbətlər aparıb, eləcə də müşahidə fəaliyyəti çərçivəsində kütləvi informasiya vasitələrinə müsahibələr veriblər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər