Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi

Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi
21.06.2026 11:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirdi.

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun bu səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, eyni zamanda, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.

Mazen Torki Saud Əl-Qadi İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Kral II Abdullah ibn Al Hüseyni ölkəmizə səfərə dəvət etdi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq bunu Azərbaycanla İordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.

O, Azərbaycan Prezidentinin və İordaniya Kralının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsini məmnunluqla vurğuladı.

Qonaq Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrildiyini dedi. O, həmçinin vurğuladı ki, Azərbaycanda mövcud olan sıx xalq-iqtidar birliyi dövlətimizin başçısının həyata keçirdiyi siyasət sayəsində ölkədə ictimai ədalətin təmin edilməsindən xəbər verir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa, həmçinin ərəb və İslam dünyasını narahat edən məsələlərə həmişə böyük diqqətlə yanaşdığını, islam həmrəyliyini daim dəstəklədiyini vurğulayan Mazen Torki Saud Əl-Qadi ölkəmizin Fələstin məsələsində tutduğu birmənalı və ədalətli mövqeyin yüksək qiymətləndirildiyini dedi.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdıran qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğuladı.

Mazen Torki Saud Əl-Qadi, həmçinin Bakı şəhərinin gözəlliyinin və təmizliyinin onda zəngin təəssürat yaratdığını qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı öz növbəsində Kral II Abdullah ibn Al Hüseynin rəhbərliyi ilə İordaniyanın da uğurla inkişaf etdiyini dedi.

Azərbaycanın İslam həmrəyliyinə daim dəstək nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev Fələstin məsələsində ölkəmizin Əl-Qüds Əl-Şərif paytaxt olmaqla iki dövlət həll yolunu daim dəstəklədiyini qeyd etdi.

Görüşdə əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb 21:13 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 У них был долг, но была и отсрочка: почему в Иране заблокировали счета нефтяной компании? 18:37 США отступили: санкции отменены 18:22 10 новых станций в Бакинском метрополитене: РАДОСТНАЯ НОВОСТЬ для пассажиров 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Долгий перерыв окончен: Мудрик снова на зеленом поле! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Решение, которое изменит судьбу войны — Трамп поставил Зеленского в безвыходное положение 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 Все новости