Prezident Avstriyadakı səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi
Azərbaycanın Avstriyadakı səfiri geri çağırılıb, BMT-nin Cenevrə bölməsinə daimi nümayəndə təyin edilib.
TodayPress TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Dövlət başçısınmın digər sərəncamı ilə R. Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.