Mərakeş XİN rəhbəri Azərbaycana dron hücumlarını qətiyyətlə pislədi

Mərakeş XİN rəhbəri Azərbaycana dron hücumlarını qətiyyətlə pislədi
06.03.2026 18:54

6 mart 2026-cı il tarixində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

XİN-dən TodayPress TV-yə verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov həmsöhbətinə 5 mart 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası istiqamətində İran İslam Respublikası tərəfindən həyata keçirilmiş dron hücumları barədə geniş məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazisinə qarşı bu cür addımlar ölkənin suverenliyinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Nazir Nasser Bourita Azərbaycanın ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirərək, ölkəmizlə həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər