Nayrobidə 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi

Nayrobidə 8 noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi
04.11.2025 23:00

Keniyanın paytaxtı Nayrobi şəhərində 8 noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfirliyindənbildirilib ki, tədbirdə Keniya Xarici və Diaspora Nazirliyinin idarə rəisi və diplomatik akademiyasının rektoru, Nayrobidəki bir sıra diplomatik missiyaların rəhbərləri və BMT qurumlarının təmsilçiləri, Keniya Prezidentinin qızı, gənclər çempionu Şarlin Ruto, Keniyada səfərdə olan Ekologiya və təbii Sərvətlər Nazirliyi və ANAMA nümayəndə heyətləri, habelə yerli ictimaiyyət, işgüzar dairələrin nümayəndələri, Keniyada çalışan azərbaycanlılar iştirak edib.

8 noyabr - Zəfər Günü ilə əlaqədar fikirlərini bölüşən səfir Sultan Hacıyev müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi, beşinci ildönümü qeyd olunan şanlı qələbəmizin tarixi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı qısa müddətdə Qarabağ və Şərqi Zəngəzura dirçəliş və yeni həyat bəxş edib.

Səfir Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün aparılan danışıqlara da toxunaraq cari ilin avqust ayında Vaşinqton şəhərində əldə olunmuş razılaşmaların, sülh sazişinin paraflanmasının sülh danışıqlarının həlledici mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, qarşılıqlı etimad, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb və ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaq.

Tədbirdə şanlı Zəfər Gününə, həmçinin ölkəmizin inkişafına həsr olunmuş videoçarxlar nümayiş olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Все новости