Qlobal şəhər gündəliyini dünya Bakıdan izləyir

Qlobal şəhər gündəliyini dünya Bakıdan izləyir
22.05.2026 13:18

WUF13 Azərbaycanın Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətinin davamı kimi qiymətləndirilib, forumun qlobal miqyası xüsusi vurğulanıb.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda keçirilən WUF13 Azərbaycanın Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətlərinin ardıcıl şəkildə həyata keçirilməsinin təbii davamıdır.

“Bu forum son illər ərzində formalaşdırdığımız milli dialoqların qlobal miqyasda davamıdır. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyət və UN-Habitat tərəfindən Azərbaycana göstərilən etimadın güclü ifadəsidir. Biz WUF13-ün baş tutmasına şərait yaradan tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk”, – deyə o qeyd edib.

Anar Quliyev vurğulayıb ki, WUF13 bu platformanın həqiqətən qlobal xarakter daşıdığını nümayiş etdirib.

Onun sözlərinə görə, forumda ümumilikdə 53 min 500 iştirakçı fəal şəkildə iştirak edib. Onlardan təxminən 50 mini tədbirə fiziki olaraq qatılıb, 3 mindən çox iştirakçı isə onlayn qoşulub.

Komitə sədri bildirib ki, forum çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub. Əsas proqramda 125 ölkədən 400-ə yaxın məruzəçi iştirak edib ki, onların 340-ı beynəlxalq, 60-ı isə Azərbaycan nümayəndələri olub.

Anar Quliyev qeyd edib ki, WUF13 forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yeniliklərlə yadda qalıb.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə keçirilən Liderlərin Bəyanatı sessiyası WUF13-ün əsas hadisələrindən birinə çevrilib.

Komitə sədrinin sözlərinə görə, 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhər gündəliyinin irəlilədilməsi, davamlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də hər kəs üçün əlçatan mənzil və dayanıqlı icmaların yaradılması istiqamətində güclü siyasi iradəni nümayiş etdirib.

Anar Quliyev əlavə edib ki, WUF13-ün daha bir mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə Yeni Şəhər Gündəliyinin icrasının nəzərdən keçirilməsi məqsədilə keçirilən yenilənmiş Nazirlər Görüşü olub.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər