Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu
29.04.2026 16:59

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti Özbəkistanda keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə həmin ölkədə səfərdə olub.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Azərbaycan FHN-in nümayəndə heyətinin iştirak etdiyi və Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.

Tədbirdə müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətləri, eləcə də tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Tədbirdə zəlzələ ilə əlaqəli fəlakət riskini azaltmaq məqsədilə dövlətlərin malik olduqları imkanların səfərbər edilməsi, seysmik təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan alimlər, tədqiqatçılar və mütəxəssislər arasında davamlı dialoq mexanizminin yaradılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən müasir texniki nailiyyətlər və rəqəmsallaşmanın tətbiqi ilə birgə elmi tədqiqatların aparılması və nəticələrinin qlobal miqyasda reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Beynəlxalq tədbir çərçivəsində iştirakçılar 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış "Cəsarət" abidəsini ziyarət ediblər.

Tədbir çərçivəsində Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri general-mayor Azizbek İkramovla görüşüb.

Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, əhəmiyyətini vurğulayıb. Qədim tarixi köklərə malik Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir, bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

Nazir "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planı"nın hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini bildirib.

Özbəkistanın fövqəladə hallar naziri Azizbek İkramov, öz növbəsində, Daşkənddə keçirilən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü"nə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib. Nazir A.İkramov Azərbaycan və Özbəkistan arasında çoxəsrlik tarixə malik münasibətlərin hər iki ölkə liderlərinin strateji və müdrik baxışları sayəsində ildən-ilə daha da genişləndiyini vurğulayıb. Nazir fövqəladə hallarla mübarizə sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd edək ki, 29 aprel tarixi Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən "Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü" kimi qeyd edilir.

TodayPress TV

ФОТО

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 1
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 2
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 3
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 4
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 5
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 6
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 7
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 8
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə oldu — 9
ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 Все новости