Elməddin Mehdiyev CERF-ə üzv təyin olundu

Elməddin Mehdiyev CERF-ə üzv təyin olundu
16.08.2025 11:45

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin olunub. E.Mehdiyevin namizədliyi rəsmi olaraq Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb.

TodayPress TV xəbər verir ki, BMT Baş katibinin təyinatı ilə sözügedən Məşvərət Qrupuna Azərbaycandan əlavə Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika Respublikası və İsveçin namizədləri üzv olublar.

3 il müddətinə təyin olunmuş ümumilikdə 23 üzvdən ibarət olan və ildə iki dəfə toplanan Məşvərət Qrupu BMT Baş Katibinə humanitar fəaliyyətlər, o cümlədən CERF-in işi ilə bağlı müvafiq tövsiyələr verirlər.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavininin rəhbərliyi altında fəaliyyət göstərən CERF dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların aradan qaldırılması üçün təcili maliyyə yardımının göstərilməsini bilavasitə təşkil edən BMT-nin əsas qurumlarından biridir.

Azərbaycan nümayəndəsinin qeyd edilən quruma təyin olunması ölkəmizin donorluq fəaliyyətinin uğurunun və beynəlxalq birlik tərəfindən təqdir olunmasının göstəricisidir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər