Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir

Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
22.07.2026 12:16

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib:

"Bu gün cəmiyyətimiz Azərbaycan milli mətbuatının növbəti ildönümünü qeyd edir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir".

Hikmət Hacıyev vurğulayıb ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaradıb:

"Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafını təmin edib, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib".

Prezidentin köməkçisi qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib:

"Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".

H.Hacıyev əlavə edib ki, dünyada və regionumuzda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:

"Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək".

Sonda Hikmət Hacıyev media nümayəndələrini təbrik edib:

"Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
22 июля 2026
Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 В Баку возникли интригующие вопросы вокруг тайной встречи между Германией и Россией 13:40 VI "Yüksəliş" müsabiqəsinin qalibləri müəyyənləşdi 13:35 Lavrov və Rubionun gözlənilən görüşünün tarixi bəlli oldu 13:24 Израиль считает дни: Вторгнется в Иран по первому же приглашению 13:12 На каких условиях Арзум была выпущена на свободу? 13:01 Sabah neçə dərəcə isti olacaq? 12:58 Azərbaycanda ən çox və ən az qazananlar kimlərdir? - SİYAHI 12:54 Göyçə balığının üstündə Rusiya Ermənistanın "su"yunu çıxartdı 12:50 "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxıldı 12:42 Qlobal güclər Azərbaycanda nə axtarır? Analitik şifrələri açdı 12:35 Правила получения водительских прав изменились 12:24 Hikmət Hacıyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir 12:18 Иран сообщил очень важную новость: мы сбили американские истребители 12:12 В Анкаре потерпел крушение учебный вертолет — Есть раненые 11:49 Azərbaycan neftinin qiyməti yeni rekorda yaxınlaşır? - AÇIQLANDI 11:42 Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi 11:26 Kutaisi turniri üzgüçülərimiz üçün uğurlu oldu 11:18 Потребовали ужесточения наказания для Арзум 11:13 В ЧЕМ ПРИЧИНА небывалого усиления мер кибербезопасности в Азербайджане? — АНАЛИЗ 11:06 Мощные взрывы в Тебризе: Нанесен удар по военным объектам? 11:06 Bir saatda 387.000 üzv CHP-dən istefa verdi 10:56 «Россия умерла», — заявили из Германии 10:44 Belçika millisində yeni dövr – Post Van Bommelə tapşırılır 10:40 Сможем приходить и уходить с работы когда хотим — как это повлияет на зарплату? 10:27 Все новости