“Ev kirayəsi, məktəb pulu, uşaqların sağlığı...” — Afrikadan Bakıya uzanan haray!

“Ev kirayəsi, məktəb pulu, uşaqların sağlığı...” — Afrikadan Bakıya uzanan haray!
17.05.2026 17:38

“Afrikada hökumətlərin şəhərlərin sistematik planlaşdırılması proqramı yoxdur və bələdiyyələr özləri şəhərlərin necə tikilməsinə nəzarət etmək üçün plan hazırlamırlar. Belə olduqda, təbii ki, qeyri-davamlı və iqlim dəyişikliyinə, iqlim fəlakətlərinə qarşı həssas olan şəhərlərin ortaya çıxması qaçılmaz olur”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Ətraf mühit baxımından davamlı və dözümlü şəhər inkişafı üçün mənzil təminatı" adlı paneldə Qambiyanın torpaq, regional hökumətlər və dini işlər naziri Hamat Nk Bah deyib.

Qambiya rəsmisi çıxışında mənzil təminatının xüsusilə həssas qruplar üçün yaratdığı çətinliklərə diqqət çəkib:

“Bu gün mənzil təminatının, xüsusən də ucuz mənzil təminatının təkcə bir hüquq deyil, həm də bir zərurət olduğunu anlamağımız olduqca vacibdir. Bu gün biz Afrikada, xüsusən də Afrikanın şəhər mühitində görürük ki, boşanmalar tək valideynləri övladlarını yaşamaq üçün layiqli bir evdə böyütmək çətinliyi ilə üz-üzə qoyur. Ümumiyyətlə, böyüyən orta təbəqədə tək valideynlərimiz uşaqlarını oxutmağa çalışarkən, onları və ailələrini mənzillə təmin etməkdə həddindən artıq çətinlik çəkirlər. Onlar ev kirayəsini ödəmək, məktəb pullarını vermək və uşaqların sağlamlığını idarə etmək üçün təkbaşına buraxılırlar. Ona görə də hökumətlərin bu cür ucuz mənzillər yaratması artıq bir zərurətə çevrilir”.

Ucuz mənzil layihələrinin borclanmadan, dövlətin daxili vergi və rüsum yığımları ilə maliyyələşdirilməsinin mümkünlüyünü vurğulayan nazir, bu sahədə Keniya proqramının uğurlu nümunəsinə toxunub:

“Hökumət borc almadan bunu maliyyələşdirmək imkanlarını araşdırmalıdır. Keniya proqramı olduqca maraqlı görünür. Dövlət bu vəsaiti vergi, xüsusi rüsum vasitəsilə toplayır ki, bu da ən uğurlu mənzil layihəsini inkişaf etdirməyə imkan verib. Hər hansı bir uğurlu mənzil proqramında ən yüksək rəhbərlik, yəni dövlət başçısı liderliyi öz üzərinə götürməli və layihəni icra etmək üçün qətiyyətli iradə nümayiş etdirməlidir. Şəhərlər yaxşı planlaşdırıldıqda, yaxşı idarə olunduqda, yaxşı təşkil edildikdə insan davranışı da təbiətə və ətraf mühitə doğru dəyişməlidir”.

Şəhərlərin gələcək inkişafı üçün idarəetmə orqanlarının birgə çalışmalı olduğunu qeyd edən Hamat Nk Bah bəyanatını bu sözlərlə tamamlayıb:

“Bu, idarə olunması, öyrənilməsi və təhlil edilməsi vacib olan problemlərin bir qovşağıdır ki, biz tənzimləmələri və hüquqi bazanı tətbiq edə bilək; bələdiyyələr, mərkəzi və regional hökumətlər birlikdə çalışaraq irəliyə doğru addımlaya bilsinlər. Əgər düzgün bir mənzil siyasəti olmasa, irəliləmək mümkün deyil”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Все новости