Ceyhun Bayramov slovakiyalı həmkarını qəbul etdi

Ceyhun Bayramov slovakiyalı həmkarını qəbul etdi
12.06.2026 22:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştoku qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Grüş zamanı, Azərbaycan–Slovakiya ikitərəfli və çoxtərəfli münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun, qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Eyni gündə, Azərbaycan Respublikası və Slovakiya Respublikası Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Slovakiya nümayəndə heyətinə isə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştok rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Slovakiya arasında çoxşaxəli strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaş olduğu mühüm regional və beynəlxalq nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz çərçivəsində oynadığı strateji rol müsbət qiymətləndirilib. Həmçinin, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərini müzakirə ediblər.

Məsləhətləşmələr zamanı tərəflər regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri və minatəmizləmə tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Все новости