Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü

Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü
18.06.2026 19:16

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər son illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv siyasi dialoqun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Görüşdə enerji sahəsinin Azərbaycan–Rumıniya əməkdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji və alternativ enerji mənbələri üzrə tərəfdaşlığın inkişafı imkanları nəzərdən keçirilib. Nəqliyyat-kommunikasiya, təhsil, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində mövcud potensial müzakirə olunub.

C. Bayramov Azərbaycanın əlverişli investisiya mühiti barədə məlumat verərək, investorlar üçün yaradılmış imkanları diqqətə çatdırıb. Bu çərçivədə, Ələt Azad İqtisadi Zonasının regional ticarət və logistika mərkəzi kimi artan rolundan bəhs olunub və rumıniyalı şirkətlərin burada fəaliyyət imkanları qeyd edilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Все новости