Ceyhun Bayramov Kuba və çexiyalı həmkarları ilə görüşdü - YENİLƏNİB

Ceyhun Bayramov Kuba və çexiyalı həmkarları ilə görüşdü - YENİLƏNİB
26.05.2026 22:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında iştirakı çərçivəsində Çexiya və kubalı həmkarları Petr Matsinka və Bruno Eduardo Rodriqez Parrilya ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

C. Bayramov çex həmkarını xarici işlər naziri təyin olunması münasibətilə bir daha təbrik edib.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının, XİN-lərarası siyasi məsləhətləşmələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb.

Cari ilin aprel ayında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı əldə edilmiş mühüm razılaşmalardan irəli gələn məsələlər nəzərdən keçirilib.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Görüşdə nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirin kubalı həmkarı Bruno Eduardo Rodriqez Parrilya ilə görüşündə münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq son illər ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika ətrafında müzakirələr aparılıb.

Azərbaycan və Kuba arasında tarixi və mədəni əlaqələrin mövcud olduğu qeyd edilib, təhsil və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, iki ölkə arasında çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Karib Hövzəsi Birliyi (CARICOM) çərçivəsində əməkdaşlıq perspektivləri və Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi barədə müzakirələr aparılıb. Azərbaycan tərəfindən Kubaya edilən humanitar yardıma və təhsil təqaüdlərinə görə təşəkkür ifadə olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, o cümlədən Karib hövzəsində və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

xxx

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Kuba və çexiyalı həmkarları Bruno Rodriqes və Petr Matsinka ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

XİN rəhbəri P. Matsinka ilə Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq istiqamətlərini müzakirə edib, son regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıb.

Kubalı həmkarı ilə görüşündə isə iki ölkə arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika nəzərdən keçirilib.

C. Bayramov və B. Rodriqes mövcud tarixi və mədəni əlaqələrə əsaslanaraq iqtisadiyyat, investisiyalar, turizm və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin BMT, Qoşulmama Hərəkatı (QH) və Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) daxil olduğu çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycanın Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərə (SIDS) humanitar və inkişaf yardımı müzakirə edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Все новости