Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak etdi-YENİLƏNDİ

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak etdi-YENİLƏNDİ
15.11.2025 20:25

Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin görüşündə regional inteqrasiya və ortaq gündəm müzakirə olunub. TodayPress TV xəbər verir ki, bunu Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov bildirib. Nazirin sözlərinə görə, Mərkəzi Asiya Dövlət Başçılarının Yeddinci Məşvərət Görüşünə hazırlıq çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan həmkarları ilə məhsuldar görüş keçirilib. Özbəkistan XİN başçısı əlavə edib ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və region ölkələrinin ümumi rifahının artırılması üçün mövcud imkanlar görüşdə ətraflı müzakirə olunub. Baxtiyor Saidov qeyd edib ki, danışıqlar zamanı sammitin gündəliyinin layihəsi, qəbul ediləcək qərarlar və Mərkəzi Asiyada inteqrasiyanın gələcək konturlarını müəyyənləşdirəcək yekun sənədlər diqqət mərkəzində olub. O vurğulayıb ki, regional inteqrasiya, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq problemlərin birgə həlli istiqamətində ölkələr arasında vahid yanaşma mövcuddur. Xatırladaq ki, bu gün Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib.

***

17:12

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “X”də bildirib.

Onun sözlərinə görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunur.

“Bu görüşün digər mühüm cəhəti də bu formatda ilk dəfə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakıdır ki, bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir”, - o qeyd edib.

TodayPress TV



ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Все новости