Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi

Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi
17.06.2026 18:02

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanca səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib.

Bu barədə TodayPress TV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş Sammitin ikitərəfli və regional əlaqələrdə əhəmiyyətini vurğulayaraq, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmaların iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etdiyini qeyd edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əsas yaratdığı bildirilib.

Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan–ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.

Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəssiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, sözügedən düzəliş öz mahiyyətinə görə köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlar, eləcə də Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır.

Nazir Azərbaycanın uzun illərdir Avropanın və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edərək, ölkəmizin ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Bu istiqamətdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və ölkəmizin Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti vurğulanaraq, C6 formatında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

ФОТО

Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi — 1
Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi — 2
ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Fransa hökuməti ittiham olundu - Səbəb nədir? 21:18 ABŞ–İran anlaşması bir addımlıqda: Pakistan və Türkiyə prosesə dair fikir mübadiləsi apardı 21:18 Danışıqlar uğursuz olarsa nə baş verəcək? - Tramp açıqladı 20:25 Qaydaları pozduqlarına görə 12 nəfər imtahandan xaric olundu 20:22 İran və ABŞ arasında saziş bu tarixdə imzalana bilər - Tramp açıqladı 20:45 Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq" 20:01 ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ 20:10 Qəbul imtahanında maksimum nəticə göstərən şagirdlərin adları açıqlandı 20:30 Xocalıda intensiv meyvə bağlarına və heyvandarlıq kompleksinə baxış keçirildi 19:43 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi 20:13 İran və Çin XİN rəhbərləri tarixi sazişi müzakirə etdilər 19:28 Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki... 19:39 Kiyevə 500 milyon avro: Vəsaitin yarısı dronların alınmasına xərclənəcək 19:17 Azərbaycan və Koreya münasibətlərinin inkişafı müzakirə olundu 19:13 Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı 18:54 “Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj 18:45 Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 Tonzillit necə inkişaf edir? Boğaz iltihabının səbəbləri və müalicə yanaşmaları 16:09 Xətaidə mağazadan 10 min manat oğurlandı 17:33 Все новости