Boqotanın 8 milyonluq uğur sirri: Şəhəri necə planlamalı?

Boqotanın 8 milyonluq uğur sirri: Şəhəri necə planlamalı?
22.05.2026 11:12

“Şəhərsalma məşğulluq, nəqliyyat və qayğı sistemləri ilə birlikdə düşünülməlidir”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bütün qadınlar və qızlar üçün adekvat mənzilə aparan yollar və imkanlar” adlı paneldə “LACplan” təşkilatının icraçı direktoru Maria Mersedes Xaramilyo Qarses deyib.

O bildirib ki, 8 milyon əhalisi olan Boqota kimi şəhərin planlaşdırılması yalnız mənzil siyasəti ilə məhdudlaşmır:

“Mənzil siyasəti məşğulluq, nəqliyyat sistemləri və qayğı xidmətləri ilə birlikdə planlaşdırılmalıdır. Boqotada şəhərsalma siyasətində qayğı anlayışının əsas prinsipə çevrilməsi üçün şəhər daxilində 30 şəhər modelinin hazırlanması həyata keçirilib. Bu yanaşma həm universitetlərə, xəstəxanalara və iş mərkəzlərinə çıxışı yaxşılaşdırmağa, həm də yaxınlıq prinsipi əsasında hərəkətlilik sistemini formalaşdırmağa imkan verib”.

O qeyd edib ki, Boqotanın gender yönümlü əsas yeniliklərindən biri “qayğı məhəllələri” modelidir:

“Bu məkanların şəhər daxilində yaradılan 30 şəhərin mərkəzinə çevrilməsi nəzərdə tutulur”.

Maria Mersedes Xaramilyo Qarses əlavə edib ki, bu nəticələrin əldə olunmasında iştirakçılıq mexanizmləri mühüm rol oynayıb, lakin təkcə bununla kifayətlənmək olmaz:

“Böyük şəhərləri planlaşdırarkən yalnız müxtəlif maraq qrupları ilə ayrı-ayrı müzakirələr aparmaq kifayət etmir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Все новости