Baş prokuror Amerikaya işgüzar səfər etdi

Baş prokuror Amerikaya işgüzar səfər etdi
03.12.2025 16:24

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində rəsmi səfərdə olub.

TodayPress TV xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsas məqsəd korrupsiyaya qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi üçün alternativ meyarların və yeni metodologiyanın işlənib hazırlanması və müzakirəsi olub. 

30-a yaxın ölkənin nümayəndə heyətlərinin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların çox sayda təmsilçiləri və ekspertlərinin iştirak etdiyi tədbirin Yüksək Səviyyəli Seqmentində çıxış edən Baş prokuror qeyd edib ki, müasir dövrün əsas bəlalarından olan korrupsiyaya qarşı mübarizənin təsirliliyini təmin etmək üçün onun miqyasının müəyyən edilməsi, başqa sözlə, ölçülməsi ilkin şərtdir. Lakin bu fəaliyyət sabit, qərəzsiz və obyektiv meyarlara söykənməlidir. Bu sahədə mövcud cari indekslərin bir qismi subyektiv yanaşmalar səbəbindən, eləcə də metodoloji nöqsanlardan qaynaqlanaraq reallığı tam və düzgün əks etdirmir. Odur ki, ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə hazırlanan yeni metodologiyanın bu boşluğu dolduracağına inanırıq.   

Tədbir çərçivəsində Baş prokuror və BMT-nin Qanunun Aliliyi və Təhlükəsizlik İnstitutları Ofisinin rəhbəri Faisal Shahkar arasında ikitərəfli görüş keçirilib. 

Görüş zamanı qurumlar arasında əməkdaşlığın perspektivləri, o cümlədən kadrların peşəkar hazırlığı, cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə təcrübəsinin mübadiləsi müzakirə edilib, həmçinin Azərbaycan tərəfindən irəli sürülən konkret layihələrin dəstəkləndiyi bildirilib.

Bundan əlavə, konfrans çərçivəsində Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüş keçirilib.

Drago Kos Azərbaycan Prokurorluğunun Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü ifadə edib. Öz növbəsində Kamran Əliyev Akademiyanın fəaliyyəti dövründə 20-yə yaxın prokurorluq əməkdaşının qurumun magistr proqramlarının məzunu olduğunu, quruma göstərilən mütəmadi maliyyə töhfəsi ilə yanaşı, Azərbaycan Prokurorluğunun 1 nümayəndəsinin hazırda Akademiyanın İdarəetmə Şurasında təmsil edildiyini, həmçinin 1 prokurorluq əməkdaşının qurumun Katibliyinə ezam olunduğunu qeyd edib. 

Bundan əlavə, görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif birgə tədbirlərin təşkili imkanları müzakirə edilib.

Tədbir çərçivəsində, həmçinin Baş prokurorla Səudiyyə Ərəbistanı, Mərakeş və digər ölkələrdən olan tərəfdaşlar arasında görüşlər keçirilərək qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan Respublukasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib. 

Səfər müddətində Baş prokuror, həmçinin ölkəmizin BMT yanında daimi nümayəndəliyini ziyarət edərək, nümayəndəliyin heyətilə tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb.

TodayPress TV

ФОТО

Baş prokuror Amerikaya işgüzar səfər etdi — 1
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 2
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 3
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 4
Baş prokuror Amerikaya işgüzar səfər etdi — 5
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Все новости