Elçin Əmirbəyov Britaniya rəsmiləri ilə görüşdü

Elçin Əmirbəyov Britaniya rəsmiləri ilə görüşdü
22.04.2026 15:20

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığa işgüzar səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində o, Birləşmiş Krallığın Baş nazirinin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Barbara Vudvord, Xarici İşlər, Birlik ölkələri və İnkişaf Nazirliyində siyasi direktor Edvard Livelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə direktor Conatan Allen, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kris Allan, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədr müavini Nusrat Qani, Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən, eləcə də bir sıra parlament üzvləri ilə görüşüb.

Görüşlər zamanı tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin indiki durumu və inkişaf perspektivləri, ölkələr arasında keçən il elan edilmiş strateji tərəfdaşlıq ruhunda birgə atılacaq növbəti addımlar, habelə Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizlik məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqlim və ətraf mühit sahələrində əməkdaşlığın uğurla davam etdiyini qeyd edərək, yeni şəraitdə praktiki əməkdaşlıq üçün əlavə perspektiv sahələrin mövcud olduğunu qeyd edərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Yaxın Şərqdə gərginlik fonunda Birləşmiş Krallıq vətəndaşlarının İrandan təxliyəsi zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bur daha minnətdarlıq ifadə olunub. Azərbaycanın Şərq–Qərb marşrutu və Orta Dəhliz çərçivəsində artan geosiyasi və geoiqtisadi strateji rolu xüsusi olaraq qeyd olunub və bu sahədə də ikitərəfli əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğu dilə gətirilib.

Parlamentdə danışıqlar zamanı tərəflər iki ölkə parlamentlərarası dialoqun daha da möhkəmləndirilməsi, bu kontekstdə parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili və həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Elçin Əmirbəyov britaniyalı həmsöhbətlərini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri barədə də məlumatlandırıb. O, ötən ilin avqust ayında Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların əhəmiyyəti, ondan sonra qarşılıqlı etimadın qurulması və sülh gündəliyinin genişləndirilməsi istiqamətində müxtəlif sahələrdə atılan konkret addımlar barədə qarşı tərəfini məlumatlandıraraq, Azərbaycan tərəfinin Ermənistanla uzunmüddətli və dönməz sülhün bərqərar olunmasına sadiq qaldığını bildirmişdir. Bununla yanaşı, Prezidentin nümayəndəsi Ermənistanda cari il ərzində keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin sülh sazişinin imzalanması və regionda uzunmüddətli, dayanıqlı sülhün təmin olunması baxımından həlledici rol oynayacağını bildirib.

Öz növbəsində, Birləşmiş Krallıq tərəfi Azərbaycan ilə Ermənistan arasında sülh prosesində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirərək, Azərbaycan tərəfindən sülhün möhkəmləndirilməsi istiqamətində atılan praktiki addımları alqışlayaraq, sülh sazişinin qısa müddətdə imzalanacağına ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Londonda yerləşən nüfuzlu beyin mərkəzi olan Strateji Tədqiqatlar üzrə Beynəlxalq İnstitutda (IISS) region üzrə ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələri iştirakı ilə keçirilən dəyirmi masada Azərbaycan–Ermənistan normallaşma prosesi və Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri barədə çıxış edib.

Bundan əlavə, Prezidentin nümayəndəsi “The Guardian“ və “Daily Express” media qurumlarına müsahibələr verib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər