Bakıda İndoneziyanın Müstəqillik Günü keçirildi

Bakıda İndoneziyanın Müstəqillik Günü keçirildi
17.08.2025 09:45 Xarici siyasət

“Vahid, suveren, firavan, mütərəqqi İndoneziya” şüarı altında avqustun 17-də İndoneziyanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 80-ci ildönümü ilə əlaqədar tədbir təşkil edib.

TodayPress TV xəbər verir ki, səfirliyin inzibati binasında İndoneziyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Merita Yenninin rəhbərliyi, eləcə də İndoneziya vətəndaşları və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə “Bayraq qaldırma mərasimi” keçirilib.

Tədbir “İndonesia Raya” dövlət himninin müşayiəti ilə İndoneziyanın dövlət bayrağının hazırda Azərbaycanda təhsil alan indoneziyalı tələbələr tərəfindən qaldırılması ilə başlayıb.

Mərasim İndoneziyanın müstəqilliyinə nail olmaq üçün mübarizə aparmış və fədakarlıq göstərmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Daha sonra isə Bəyannamənin mətni, "Pançasila" və İndoneziya Respublikasının 1945-ci il Konstitusiyasının preambulası oxunub. Dua oxunması ilə yekunlaşan tədbirin rəsmi hissəsi tort kəsmə mərasimi ilə davam edib.

Həmçinin İndoneziyanın müstəqilliyinin 80-ci ildönümünün qeyd edilməsi çərçivəsində səfirlik avqustun 2-də bir çox indoneziyalıların və İndoneziyanın Azərbaycandakı dostlarının iştirakı ilə əyləncəli oyunlar günü də təşkil edib. Bayraq qaldırma mərasimi bitdikdən sonra isə bu oyunların qalibləri təşkilatçılar tərəfindən rəsmən elan olunaraq böyüklər və uşaqlar üçün olmaqla iki kateqoriya üzrə mükafatlandırıldılar.

Tədbirdə İndoneziya mətbəxinin müxtəlif təamları və ənənəvi qəlyanaltıları qonaqlara təqdim edilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 Bütün Xəbərlər