Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi

Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi
20.06.2026 22:03

Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

20 iyun - Ümumdünya Qaçqınlar Günündə biz dünyada böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıq vasitələrinin itirilməsi ilə üzləşməkdə davam edən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik.

Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazilərinə qarşı təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı onilliklər boyu didərginliyə və məhrumiyyətlərə dözərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu şəxslərin hüquqları kobud şəkildə pozulmuş, evləri, yaşayış məskənləri və mədəni irsi isə məhv edilmişdir.

Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra, ölkə əvvəllər işğal altında olmuş ərazilərdə misli görünməmiş yenidənqurma və bərpa proqramı həyata keçirir. Böyük Qayıdış Proqramı vasitəsilə keçmiş məcburi köçkünlər təhlükəsizlik, ləyaqət və əmin-amanlıq şəraitində tədricən öz doğma torpaqlarına qayıdır, illərlə sürən didərginlikdən sonra öz həyatlarını və yaşayış məskənlərini yenidən qururlar.

Azərbaycan məcburi köçkünlüyün köklü səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviqinə, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiq qalır.

Bu Ümumdünya Qaçqınlar Günündə biz bütün dünyada qaçqın və məcburi köçkünlərin mətanət və cəsarətini ehtiramla anır və zorla yerindən edilmiş bütün insanların bir gün öz evlərinə qayıdaraq sülh, ləyaqət və firavanlıq şəraitində yaşaya bilməsini təmin etmək əzmimizi bir daha təsdiq edirik.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
21 июня 2026
DÇ-2026: Almaniya Fildişi Sahilini məğlub etdi 02:10 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI 00:34 Qəzzada jurnalist həlak oldu 00:26 Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu 00:30 ADPU-nun müəllimi vəfat etdi 23:29 Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar... 23:36 Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var 22:53 "Narıncılar" Hyustonda fırtına qopardı: İsveç 5 qolla darmadağın edildi! 23:23 Hindistan bayraqlı tankerlər Hörmüz boğazındakı böhran zonasını itkisiz geridə qoydu 22:50 67 yaşlı qadının meyiti tapıldı 22:45 Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək 22:44 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada öldü 22:14 Məktəbin “əlaçı”ları imtahanda 100 bal toplaya bilmədi - ŞOK STATİSTİKA 22:17 Petrodan Trampa çağırış: "İsrailin Livana hücumlarını dayandırın" 22:03 Azərbaycan XİN Beynəlxalq Qaçqınlar Günü ilə paylaşım etdi 22:03 Türkiyə tarixində ilk: NATO üzvü olan Rumıniyaya hərbi gəmi ixrac edildi 21:21 Zelenski "Ağ qartal" ordenini Navrotskiyə göndərdi: Səbəbini açıqladı 21:26 "Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub etdi 20:45 Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirildi 20:32 TƏCİLİ: Ukraynanın hər yerində həyəcan siqnalı verildi - Rusiya hücuma keçdi 21:05 İsrail XİN: "Hizbullah" atəşkəsi davamlı olaraq pozur 20:58 5,4 milyonluq tütün qaçaqmalçılığı: liman və gömrük rəsmiləri hakim qarşısına çıxacaq 20:15 Livanda ölənlərin sayı 4 mini keçdi 20:22 Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ 20:09 Meloni Trampa cavab verdi: Öz populyarlığına diqqət yetirsən, daha yaxşı olar 19:39 Все новости