Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
25.06.2026 20:25

Haaqada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Niderland Krallığının XİN-i arasında siyasi məsləhətləşmələr keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Niderland nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və inkişafı perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.

Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün prioritet istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə məlumat təqdim olunub.

Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər ətrafında fikir mübadiləsi aparıb, çoxtərəfli platformalarda əməkdaşlıq, irəli sürülmüş namizədliklərin qarşılıqlı dəstəklənməsi ilə bağlı mövqelərini bölüşüblər.

Məsləhətləşmələrdə, habelə qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F. Rzayev, həmçinin Niderlandın bir sıra rəsmiləri ilə görüşlər keçirib, eləcə də aparıcı beyin mərkəzlərinin təşkil etdiyi dəyirmi masada iştirak edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Первый адрес после годичного перемирия: НАХЧЫВАН 12:12 СРОЧНЫЕ НОВОСТИ: В братской стране произошло сильное землетрясение 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 Иран хотел сбить самолет Трампа? — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 В Ходжалы обнаружены останки, похожие на человеческие кости 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Мы переживаем самый жаркий август в истории 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Азербайджан изменит транспортную карту региона — КОММЕНТАРИЙ 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 В Башкортостане горит крупный склад Wildberries 10:14 Азербайджанский дуэт на вершине: победили всех соперников в Турции! 10:05 Загадка в поезде Баку — Тбилиси: Что происходит? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Все новости