Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında təmsil olunur

Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında təmsil olunur
30.10.2025 15:26 Xarici siyasət

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, idarəetməsində olan məcmu aktivlərin həcmi 10 trilyon dolları ötən, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirən yeganə beynəlxalq platforma olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) tərəfindən Əbu-Dabi şəhərində təşkil edilən və “Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması”na həsr olunmuş illik iclasda iştirak edir.

ARDNF-dan TodayPress TV-yə bildirilib ki, sözügedən tədbir Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayidin himayəsi altında, Əbu-Dabi İnvestisiya Təşkilatı (ADIA), Mubadala İnvestisiya Şirkəti və digər strateji tərəfdaş qurumların ev sahibliyi ilə keçirilir.

Forumda qlobal iqtisadi və geosiyasi dəyişikliklərin fonunda suveren fondların uzunmüddətli dəyər yaradan investisiya strategiyalarının müzakirəsinə, dayanıqlı kapital qoyuluşu, texnoloji transformasiya və alternativ aktivlərin inkişafı kimi mövzuların müzakirəsinə həsr olunub. Forum, həmçinin Santyaqo Prinsiplərinin tətbiqinə dair beynəlxalq standartların yeni çağırışlara uyğun təkmilləşdirilməsi və suveren fondların şəffaflıq, hesabatlılıq və məsuliyyətli idarəetmə prinsiplərinə sadiqliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İllik iclas çərçivəsində keçirilən İcraçı Direktorların Forumunda İsrafil Məmmədov çıxış edərək suveren sərvət fondlarının uzunmüddətli dayanıqlılığı və inkişaf imkanlarının formalaşdırılmasında rolu, bu fondların qlobal iqtisadi sistemə təsiri, eləcə də rəqəmsallaşmanın suveren fondların investisiya idarəçiliyində tətbiqi perspektivləri barədə fikirlərini bölüşüb. O, müasir texnoloji innovasiyaların, aktivlərin qorunması və artırılması, həmçinin kapital bazarlarında şəffaflığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ARDNF-nin bu iclasda iştirakı Azərbaycanın beynəlxalq maliyyə icmasında etibarlı və məsuliyyətli institusional investor kimi mövqeyini möhkəmləndirir, həmçinin qlobal suveren fondlar arasında dayanıqlı inkişaf və uzunmüddətli kapital qoyuluşu sahəsində formalaşan dialoqa fəal töhfəsini nümayiş etdirir.

SFBF-nin katibliyi London şəhərində yerləşir və 2009-cu ildən etibarən suveren fondlar arasında əməkdaşlığın təşviqi, təcrübə mübadiləsinin gücləndirilməsi və qlobal investisiya idarəçiliyində institusional etimadın artırılması istiqamətində fəaliyyət göstərir. Xatırladaq ki, forumun 14-cü illik iclası 2022-ci ildə ARDNF-nin həmtəşkilatçılığı ilə Bakıda keçirilib və bu tədbir Azərbaycanın suveren fondların qlobal icmasındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirib. 2024-cü ildə Oman Sultanlığının Maskat şəhərində keçirilən illik iclasda isə İsrafil Məmmədov sözügedən forumun İdarə Heyəti sədrinin müavini seçilib.

TodayPress TV

FOTOLAR

Azərbaycan Suveren Fondların Beynəlxalq Forumunun illik iclasında təmsil olunur — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər