Azərbaycan nümayəndə heyəti Rumıniya Senatında görüş keçirdi

Azərbaycan nümayəndə heyəti Rumıniya Senatında görüş keçirdi
04.11.2025 01:44

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşüb.

TodayPress TV xəbər verir ki bu barədə MEDİA-dan bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.

Görüşdə iki ölkə arasında institusional dialoqun gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində həyata keçirilən islahatlar, bu təşəbbüslərin hüquqi bazası, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, media resurslarının rəqəmsal informasiya mühitinə inteqrasiyası, innovativ həllərin tətbiqi, süni intellektin istifadəsində hüquqi və etik çərçivələrin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, həmçinin bu sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atılıb.

Görüş zamanı Rumıniya tərəfi ölkənin media və hüquq sahəsindəki qanunvericilik təcrübəsini təqdim edib. Bildirilib ki, Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı, dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik çərçivəsini təkmilləşdirib.

Vüqar Əliyev çıxışında Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələrdən və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən bəhs edib. O, Rumıniya ilə bu istiqamətdə qarşılıqlı əməkdaşlığın regional media sabitliyinə və qarşılıqlı etimada töhfə verəcəyini qeyd edib.

Səfir Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji tərəfdaşlığın yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də informasiya və kommunikasiya müstəvisində dərinləşdiyini qeyd edib. O bildirib ki, belə görüşlər Azərbaycan-Rumıniya münasibətlərinin humanitar və institusional əsaslarını daha da möhkəmləndirir.

Eyni zamanda, senator Kristian-Avqustin Nikulesku-Tağârlaş bir neçə gün öncə Rumıniya Parlamentinin prezidenti Mircea Abrudeanın Azərbaycana rəsmi səfərinə və onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşə toxunub. O, bu görüşü ölkələrimiz arasında strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsinin bariz təzahürü kimi qiymətləndirib.

Görüşdə həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, enerji və media diplomatiyası, eləcə də informasiya məsuliyyətinin artırılması və təbliğata qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda senator Kristian-Avqustin Nikulesku-Tağârlaş görüşün nəticələrini yüksək qiymətləndirərək bildirib ki, Rumıniya və Azərbaycan arasında hüquqi və media əməkdaşlığı Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək. Tərəflər gələcəkdə bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Все новости