Allahşükür Paşazadə Məhəmməd bin Əbdülkərim Əl-İsanı Azərbaycana dəvət etdi

Allahşükür Paşazadə Məhəmməd bin Əbdülkərim Əl-İsanı Azərbaycana dəvət etdi
28.11.2025 16:28

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş baş katibin dəvəti ilə Məkkə şəhərində İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak məqsədilə QMİ sədrinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində baş tutub.

A.Paşazadə 2026-cı ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən, QMİ və BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə Multikulturalizm və İslamofobiya mövzularında nüfuzlu beynəlxalq konfrans keçirilməsinin nəzərdə tutulduğunu bildirib və İslam Aləmi Liqasının Baş Katibini həmin tədbirə dəvət edib.

Məhəmməd bin Əbdülkərim Əl-İsa dəvətə görə təşəkkürünü bildirərək Azərbaycana səfərdən məmnun olacağını xüsusi qeyd edib.

QMİ sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz başda olmaqla Səudiyyə Ərəbistanı Krallığının, o cümlədən, İslam Aləmi Liqasının daim Azərbaycanı birmənalı olaraq dəstəklədiklərini vurğulayaraq bu dost və qardaş mövqeyinə görə Səudiyyə tərəfinə minnətdarlığını ifadə edib.

Şeyxülislam hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, erməni vandalizminə məruz qalmış mədəni-mənəvi irsimizin dirçəldilməsi üçün dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etdirildiyini, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edildiyini və oradan Azan səslərinin ucaldığını həmsöhbətinə bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Все новости