ABŞ-də Zəfər Günü münasibətilə yürüş təşkil edildi

ABŞ-də Zəfər Günü münasibətilə yürüş təşkil edildi
08.11.2025 20:50

ABŞ-nin Kolorado ştatında yaşayan azərbaycanlılar 8 Noyabr – Zəfər Günü münasibətilə "Rocky Mountain" dağlarına yürüş ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, yürüşün əsas məqsədi Azərbaycanın 2020-ci ildə qazandığı tarixi qələbəni xatırlamaq, Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini anmaq və ABŞ-də yaşayan soydaşlarımız arasında milli həmrəylik ruhunu möhkəmləndirmək olub.

Azərbaycan icmasının gənc üzvlərinin də qatıldığı yürüşdə iştirakçılar respublikamızın Dövlət Bayrağını qürurla dalğalandırıb, Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb, "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.

Bu təşəbbüs həm Koloradoda, həm də ABŞ-nin digər ştatlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin möhkəmlənməsinə, eləcə də gənc nəsildə milli kimliyin qorunmasına xidmət edib.

Yürüşə soydaşlarımızla yanaşı, ictimaiyyət nümayəndələri də qoşulub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Все новости