Zelenski Almaniya müdafiə naziri ilə kritik görüş keçirdi

Zelenski Almaniya müdafiə naziri ilə kritik görüş keçirdi
11.05.2026 23:45

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında bildirib.

O, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin əvvəlindən bəri göstərilən yardıma görə Almaniyaya təşəkkür edib: "Bu müddət ərzində artıq 28,6 milyard avrodan çox yardım olunub. Bu, müdafiəmizin əhəmiyyətli dərəcədə gücləndirilməsidir".

Onun sözlərinə görə, tərəflər birgə müdafiə istehsalının inkişafını müzakirə ediblər. "Biz artıq altı layihəyə ümid edə bilərik. Həmçinin Ukraynanın Almaniya ilə "Drone Deal" formatında işləmək təklifi var. Bunu həyata keçirə biləcəyimizə ümid edirik. Aprel ayında imzaladığımız, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üzrə razılaşmalarımızı da yüksək qiymətləndiririk. Bu, enerji infrastrukturumuzun qorunması üçün vacibdir. Avropa istənilən təhdidlərdən, xüsusən də ballistik təhlükələrdən müdafiədə özünə yetərli olmalıdır. Bu istiqamətdə necə irəliləyə biləcəyimizi müzakirə etdik", - Zelenski yazıb.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsində sülhə nail olmaq üçün diplomatik prosesə və danışıqlarda Avropanın yerinə xüsusi diqqət yetirilib. "Həm sülh yolu ilə nizamlama prosesində, həm də ölkəmizin bərpasında çox şey məhz Avropadan asılıdır", - Ukrayna lideri vurğulayıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Все новости