"Yoxluğ"u ilə İranı idarə edən MÜCTƏBA MÜƏMMASI

"Yoxluğ"u ilə İranı idarə edən MÜCTƏBA MÜƏMMASI
22.04.2026 15:38

İranın yeni ali lideri Müctəba Xamenei altı həftə əvvəl elan olunmasından bəri ictimaiyyət qarşısına çıxmayıb və onunla bağlı hər hansı rəsmi çıxış da yayımlanmayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Nəşr yazıb ki, müşahidəçilərin fikrincə, bu yoxluq hazırda rejim üçün faydalı siyasi alətə çevrilib.

Məlumata görə, o, atasının — Əli Xamenei — ölümünə səbəb olan hücum zamanı xəsarət alıb: ayağı sınıb, göz nahiyəsində zədə yaranıb və müxtəlif kəsiklər qeydə alınıb.

Bildirilir ki, Müctəba Xamenei rəsmi görüşlərdə əsasən səsli bağlantı vasitəsilə iştirak edir, strateji qərarları təsdiqləyir, lakin gündəlik idarəetməyə birbaşa müdaxilə etmir.

Eyni zamanda, iddialara görə, rejim onun ictimai fəallığını nümayiş etdirmək üçün süni intellekt texnologiyaları ilə hazırlanmış videomateriallardan istifadə edir.

Analitiklər hesab edirlər ki, rəsmi şəxslər onun adını sərt xətt tərəfdarlarının tənqidlərindən qorunmaq üçün siyasi “örtük” kimi təqdim edirlər.

Bundan əlavə, ABŞ rəsmisi J.D. Vens uğursuz İslamabad danışıqlarından sonra İran nümayəndə heyətinin qərarların təsdiqi üçün “başqa bir mərkəzə” qayıtmalı olduğunu bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Hörmüz boğazı ilə bağlı qərarları ali rəhbərlik təsdiqi olmadan açıqladığı üçün sərt xətt tərəfdarlarının tənqidinə məruz qalıb.

Ümumilikdə, müşahidəçilər qeyd edirlər ki, faktiki qərarların kim tərəfindən verildiyi aydın deyil və mövcud vəziyyət rejimin maraqlarına uyğun şəkildə qorunur.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Все новости