Yəməndə gərginlik: Cənub Keçid Şurasının lideri yoxa çıxdı

Yəməndə gərginlik: Cənub Keçid Şurasının lideri yoxa çıxdı
07.01.2026 11:19

Yəməndə davam edən münaqişə fonunda Yəmənin Cənub Keçid Şurasının lideri Aydarus əl-Zubeydinin naməlum istiqamətə qaçdığı bildirilir.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, əl-Zubeydi onu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada aparmalı olan təyyarəyə minməyib.

Məlumata əsasən, Yəmən Prezident Şurasının üzvləri arasında gərginlik 2025-ci ilin dekabr ayından davam edir. Qarşıdurma Prezident Şurasının rəhbəri Rəşad əl-Əlimi ilə Aydarus əl-Zubeydi arasında yaranıb. Buna səbəb Cənub Keçid Şurasının ölkənin cənubunda, birləşmədən əvvəl mövcud olmuş müstəqil dövlətin bərpası planı çərçivəsində Hadramaut və Əl-Məhra əyalətlərinə nəzarəti ələ keçirməsi olub.

3 dekabr 2025-ci ildə Cənub Keçid Şurasının qüvvələri Yəmən ordusu ilə toqquşub və bundan sonra Hadramaut əyalətinə nəzarəti ələ keçirib. Daha sonra şura qüvvələri Omanla sərhəddə yerləşən Əl-Məhra əyalətini döyüşsüz şəkildə işğal edib.

Bu ərazilər üzərində nəzarətin gücləndirilməsi ilə Cənub Keçid Şurası təsir dairəsini altı əyalətə, eləcə də Yəmənin müvəqqəti paytaxtı olan Ədən şəhərinə qədər genişləndirib. Şura 1990-cı il 22 mayda Yəmənin şimalı ilə birləşmədən əvvəl mövcud olmuş Yəmən Xalq Demokratik Respublikasının bərpasını tələb edir və bu tələbləri 1994-cü il müharibəsindən sonra cənub əyalətlərinin sakinlərinin üzləşdiyi ayrı-seçkilik və zülmlə əsaslandırır.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Vulkan püskürməsi Min sülaləsinin süqutuna səbəb olub - ARAŞDIRMA 22:22 Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Все новости