Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı!

Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı!
08.08.2026 07:10

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda son 15 ildə ilk dəfə qar yağıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Avqustun 4-də qar həm Şimal, həm də Cənub adalarında, o cümlədən Kraystçerç və Danidin şəhərlərində müşahidə olunub. Cənub adasındakı üç meteoroloji stansiyada havanın temperaturunun mənfi 9 dərəcəyədək düşdüyü qeydə alınıb.

Qar və buzlaşma səbəbindən ölkədə bir neçə avtomobil yolu bağlanıb, bir çox məktəbdə dərslər ləğv edilib.

Polis buzlu yollar səbəbindən çoxsaylı avtomobilin yoldan çıxması hallarının qeydə alındığını bildirərək sakinləri zəruri olmadıqca səfərə çıxmamağa çağırıb.

Sosial şəbəkələrdə isə insanların küçələrdə xizək və snoubord sürdüklərini əks etdirən foto və videolar yayılıb. Onlardan birində xizəkçinin "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən dik küçəsi kimi düşən Danidin şəhərindəki Bolduin küçəsində sürüşdüyü görünür.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Gecələr tez-tez oyanırsınızsa... - Terapevt SƏBƏBİNİ açıqladı 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 "ПОБЕДА, КОТОРАЯ СОЗДАЛА МИР" — пишет Рамиз Юнус... 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Все новости