Trampla Netanyahu arasındakı Vaşinqton görüşünün təfərrüatları açıqlandı- YENİLƏNDİ

Trampla Netanyahu arasındakı Vaşinqton görüşünün təfərrüatları açıqlandı- YENİLƏNDİ
29.09.2025 23:00 Dünya

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçirilən görüşün təfərrüatlarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Məlumatda Netanyahunun Trampın da iştirak etdiyi Qətərin Baş naziri Məhəmməd Əbdül Rəhman Əl-Tani ilə telefon danışığında ondan Dohaya raket zərbəsi endirdiyi üçün üzr istəməsi təsdiqlənib.

Netanyahu daha sonra İsrailin HƏMAS rəhbərliyini hədəf alaraq Qətərin suverenliyini pozmasından təəssüfləndiyini bildirib və ölkəsinin gələcəkdə belə hücumlar etməyəcəyini bir daha vurğulayıb.

Həmçinin qeyd edilir ki, Qətərin Baş naziri bu təminatları alqışlayıb, Dohanın regional təhlükəsizlik və sabitliyə mühüm töhfə verməyə davam etməyə hazır olduğunu vurğulayıb.

Tramp da öz növbəsində uzun illər davam edən qarşılıqlı narazılıq və anlaşılmazlıqlardan sonra İsrail-Qətər münasibətlərini yaxşılaşdırmaq istəyini ifadə edib.

"Netanyahu və Əl-Tani Trampın koordinasiyanı, ünsiyyəti yaxşılaşdırmaq, qarşılıqlı narazılıqları həll etmək və təhdidlərin qarşısını almaq üçün kollektiv səyləri gücləndirmək üçün üçtərəfli mexanizm yaratmaq təklifini qəbul ediblər", – Ağ Evin bəyanatında qeyd olunub.

Tərəflər, həmçinin ABŞ-nin Qəzzada müharibəyə son qoymaq və Yaxın Şərqdə təhlükəsizliyi yaxşılaşdırmaq planını müzakirə ediblər.

***

20:00

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

TodayPress TV-nin ”The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, tərəflər Qəzza zolağında vəziyyətin nizamlanması imkanlarını müzakirə edəcəklər.

Danışıqlardan sonra tərəflər mətbuat konfransı keçirəcəklər.

Ağ Evdə Netanyahu ilə görüşü zamanı Tramp Qəzza sövdələşməsinin mümkünlüyünə çox arxayın olduğunu deyib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər