Tramp Qəzza ilə bağlı 20 maddəlik planını açıqladı

Tramp Qəzza ilə bağlı 20 maddəlik planını açıqladı
30.09.2025 09:50 Dünya

ABŞ Prezidenti Donald Trampın 20 maddəlik Qəzza planına görə, ABŞ İsrail və Fələstinlilər arasında sülhün təmin olunması üçün dialoqa başlayacaq və hər iki tərəf bu təklifi qəbul edərsə, hücumlar dayandırılacaq.

TodayPress TV xəbər verir ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə dördüncü dəfə Ağ Evdə görüşü zamanı 20 maddəlik atəşkəs planını elan edib.

O bildirib ki, İsrail Qəzzani işğal və ilhaq etməyəcək, fələstinlilər isə Qəzzanı tərk etməyə məcbur edilməyəcək. 

Planın əsas maddələri bunlardır:

Fələstinlilər Qəzzanı tərk etməyə məcbur edilməyəcək.

İsrail Qəzzanı ilhaq etməyəcək.

Qəzza zolağına dərhal tam humanitar yardım göndəriləcək. Bu yardım Birləşmiş Millətlər Təşkilatı və Qızıl Aypara vasitəsilə çatdırılacaq.

Qəzzaya müvəqqəti beynəlxalq qüvvələr yerləşdiriləcək. Bu qurum ABŞ, ərəb dövlətləri və beynəlxalq tərəfdaşlardan ibarət olacaq.

HƏMAS əsirləri azad edəcək, İsrail isə 1700 əsiri və 250 fələstinli məhbusu sərbəst buraxacaq.

Qəzzada ictimai xidmətlər və bələdiyyələrin gündəlik fəaliyyəti fələstinlilər və beynəlxalq mütəxəssislərdən ibarət texnokrat keçid komitəsinə tapşırılacaq. Bu keçid komitəsinə yeni yaradılacaq beynəlxalq orqan – “Sülh Şurası” nəzarət edəcək. Şuraya Ağ Ev lideri özü sədrlik edəcək.

Baş nazir Netanyahu Trampın planını qəbul etdiyini açıqlayıb.

HƏMAS isə “Qəzza sülh planı ilə bağlı yazılı heç bir məlumat almadıq” deyərək, planın İsrailin vizyonuna daha yaxın olduğunu bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Bütün Xəbərlər