Tramp BƏƏ-nin "OPEC"dən çıxışını alqışladı

Tramp BƏƏ-nin "OPEC"dən çıxışını alqışladı
29.04.2026 23:14

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “OPEC”dən çıxmaq qərarını yüksək qiymətləndirib və bunun nəticəsində istehlak qiymətlərini, xüsusən də enerji daşıyıcılarının qiymətini aşağı salacağını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Oval ofisdə jurnalistlərə açıqlama verərkən danışıb.

Amerika lideri BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanı nəzərdə tutaraq deyib:

“Bu, əladır. Mən Məhəmmədi çox yaxşı tanıyıram, o, çox ağıllıdır və yəqin ki, öz yolu ilə getmək istəyir. Düşünürəm ki, bu, son nəticədə qazın, neftin və hər şeyin qiymətinin aşağı düşməsi üçün yaxşı bir addımdır. Onlarda hər şey var. O, həqiqətən böyük liderdir. Ona görə də, xeyr, mən bunu normal qarşılayıram”.

Xatırladaq ki, BƏƏ “OPEC” və daha geniş tərkibli “OPEC+” formatından ayrılacağını elan edib ki, bu da neft hasil edən ölkələr qrupu daxilində son illərin ən əhəmiyyətli parçalanmalarından biri hesab olunur.

Qeyd edək ki, BƏƏ 1967-ci ildən "OPEC"in üzvü idi.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Все новости