Tramp Qəzzada sülh planının ikinci mərhələsinə keçidi elan etdi

Tramp Qəzzada sülh planının ikinci mərhələsinə keçidi elan etdi
15.01.2026 18:00

ABŞ Prezidenti Donald Trampın Qəzzada  sülh planının ikinci mərhələsinin başladığını elan etdiyi açıqlandı.

TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bu mərhələdə Qəzza zolağında radikal Fələstin qruplarının tərksilahı, texnokratik administrasiyanın yaradılması və bölgənin yenidən qurulması nəzərdə tutulur.

İsrail, birinci mərhələdə nəzərdə tutulan şərtlərin tam yerinə yetirilmədiyinə görə, planın ikinci mərhələsinə könülsüz razılıq verib. Xüsusilə, 7 oktyabr 2023-cü il qırğını zamanı öldürülmüş polis məmuru Ran Qvilinin cəsədinin qaytarılmaması məsələni gərginləşdirib.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uikoff bildirib ki, ikinci mərhələ çərçivəsində Qəzza üçün Milli Qəzza İdarəetmə Komitəsi yaradılacaq, Fələstin qrupları silahsızlandırılacaq və bölgə yenidən qurulacaq.

HƏMAS və digər Fələstin qrupları bu mərhələyə keçidi dəstəklədiklərini açıqlayıb.

Qəzzanın yenidən qurulması və təhlükəsizliyinin təmin olunması üçün BMT mandatlı Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin dəstəyi planlaşdırılır.

Qeyd edək ki,  İsrail Müdafiə Qüvvələri hələlik bölgədən geri çəkilməyib və ikinci mərhələnin yalnız simvolik təsir göstərə biləcəyi bildirilir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Bütün Xəbərlər