Tramp artıq Meloni ilə dostluq etməyəcəək

Tramp artıq Meloni ilə dostluq etməyəcəək
20.06.2026 16:30

ABŞ Prezidenti Donald Tramp artıq İtaliya Baş naziri Ciorcia Meloni ilə “dostluq etmək” istəmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Tramp bildirib ki, İtaliyanın Baş naziri Fransada G-7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün dəfələrlə xahiş edib.

ABŞ Prezidenti qeyd edib ki, Meloninin İtaliyada populyarlığı azalır: “Bəlkə də ona görə ki, o, İranın nüvə silahı əldə etməsinin və ya inkişaf etdirməsinin qarşısını almaq məsələsində İtaliyanı səmimi qəlbdən sevən və qoruyan Amerika Birləşmiş Ştatlarından (yeri gəlmişkən, NATO-dan da!) imtina etdi. O, hətta bizə İtaliya uçuş-enmə zolaqlarından istifadə etməyə icazə vermədi ki, bu da ABŞ-ın İtaliyanı və digər NATO müttəfiqlərini müdafiə etmək üçün hər il yüz milyardlarla dollar xərcləməsinə baxmayaraq, böyük logistika narahatlığı yaradır. İndi isə, ABŞ-ın İran üzərində hərbi qələbəsindən sonra, o, “sayı artırmaq” üçün yenidən dostlar qazanmaq istəyir. Xeyr, təşəkkürlər!”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Fransada keçirilmiş G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib.

“O (Meloni) mənə birlikdə şəkil çəkdirmək üçün yalvarırdı. O, bunu çox istəyirdi. Mən bunu etməzdim, amma ona yazığım gəldi. Yəqin ki, onunla danışdığım üçün özünü xoşbəxt hiss edir. Çünki mən onunla danışmağa borclu deyiləm”, - Tramp bildirib.

Meloni Trampın iddialarına cavab verib. İtaliya lideri ABŞ Prezidentinin sözlərini uydurma adlandırıb.

“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 июня 2026
Livanda silahlar susur? - Netanyahu ƏMR VERDİ 19:48 İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı 19:17 İran diplomatları İsveçrəyə "ətəyi əlindən uzun" gedir 19:26 "Neftçi" Dünya Qadın Seriyasında 1/4 finala yüksəldi 19:10 Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək 18:56 Moskva Neft Emalı Zavodu tamamilə çökdü - Ukrayna ordusu təsdiqlədi 18:30 Hörmüz boğazı tamamilə bağlandı? - SEPAH bəyanat yaydı 18:34 ABŞ və İran sabah İsveçrədə görüşəcək – Pakistan XİN rəsmi açıqladı 18:40 Vens İranla danışıqlar üçün yaxın günlərdə İsveçrəyə səfər edəcək 18:25 İrandan ABŞ-yə son xəbərdarlıq: Tarixi müqavilə tamamilə ləğv edilə bilər! 18:12 Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji tərəfdaşlığı müzakirə etdilər - YENİLƏNDİ 15:53 Abbas Əraqçi İsveçrəyə səfər edəcək 17:47 Krasnodarda ticarət mərkəzində qanlı hücum: Ölən və yaralılar var - VİDEO 17:45 "Zirə" Ayron Qomislə yollarını ayırdı 17:34 SON DƏQİQƏ! Hörmüz yenidən BAĞLANDI 17:21 Ötən gün axtarışda olan şəxslər tapıldı 17:19 Budanov Polşanın dövlət mükafatından imtina etdi - SƏBƏB NƏDİR? 17:11 Urmiya gölündə suyun həcmi dəfələrlə artdı - RƏSMİ 16:56 "Neftçi" braziliyalı futbolçu ilə müqavilə imzaladı 16:43 Tramp artıq Meloni ilə dostluq etməyəcəək 16:41 DİN-in Hərbi İnstitutunda növbəti buraxılış oldu 16:32 "Ubisoft"un həmtəsisçisi təyyarə qəzasında öldü 16:14 DÇ-26: Niderland İsveçə qarşı 16:02 Yunanıstanda güclü zəlzələ oldu 15:41 Flora Kərimova xəstəxanadan evə buraxıldı 15:34 Все новости