Ermənistanda Karapetyanın şirkətinə basqın edildi

Ermənistanda Karapetyanın şirkətinə basqın edildi
08.07.2025 10:21

Ermənistanda təhlükəsizlik qüvvələri, rusiyalı milyarder Samvel Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin baş ofisinə gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı şirkətin mətbuat katibi Natalya Sarcanyan verib.

Onun sözlərinə görə, forma geyinən naməlum şəxslər şirkət əməkdaşlarını ofis binasına buraxmır. Təhlükəsizlik qüvvələrinin hansı dövlət orqanına məxsus olduğu hələlik bilinmir. Ofisin qarşısında toplaşan işçilər içəri daxil ola bilmirlər.

Eyni vaxtda, erməni KİV-ləri yazır ki, hüquq-mühafizə orqanları şirkətin direktoru Narek Karapetyanın (Samvel Karapetyanın qardaşı oğlu) evində də axtarış aparır.

Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də İrəvanda saxlanılıb. Ona hakimiyyəti ələ keçirməyə çağırış ittihamı irəli sürülüb. İyulun 4-də Apellyasiya Məhkəməsi onun həbsdə qalması ilə bağlı qərar çıxarıb.

Karapetyan Ermənistan hökumətini tənqid edib və Erməni Apostol Kilsəsini dəstəklədiyi üçün hakimiyyətlə münasibətləri gərginləşib. Onun həbsi ölkədə narazılıq doğurub. Ötən həftə bir neçə min insan İrəvanın mərkəzində yürüş edərək Karapetyanın azadlığa buraxılmasını tələb edib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
05 AVQUST 2026
Argentinada liman BÖHRANI: Onlarla taxıl gəmisi ilişib qaldı 01:30 Sakinlərin DİQQƏTİNƏ! - Bu ərazilərdə işıq olmayacaq 01:24 Kürd partiya liderinin oğlu evinin önündə VURULDU 01:20 Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi! 00:49 ABŞ-nin tanker təyyarələri İsraildə - VİDEO 00:21 Özgür Özelin toxunulmazlığı ləğv edilir? - Baş Prokurorluq AÇIQLADI 23:57 Zaporojyedə uşaq xəstəxanasına HÜCUM - FOTO 23:43 İraq-Suriya xəttində gərginlik var? – Sərhəd generalından son dəqiqə bəyanatı 23:37 Latviya Belarus ilə sərhədə kəşfiyyat PUA-sı qaldırdı 23:20 "İstefa verməyəcəm, mübarizə aparacam!" - Pezeşkian  23:13 Çin nüvə zərbəsi endirə bilən təyyarəni nümayiş etdirdi - VİDEO 23:03 İnsan sayı azalsa, nə baş verəcək? - Alimlərdən mübahisəli proqnozlar 22:57 Trampdan Qətər əmirinə zəng - Nələr müzakirə olundu? 22:48 Meşə yanğınları ilə bağlı 402 nəfər saxlanıldı, 156-sı azyaşlıdır 22:38 Trampın İrandan sonrakı HƏDƏFİ - ABŞ kəşfiyyat aktivlərini artırır 22:30 Hindistan XƏBƏRDARLIQ ETDİ: Sərbəst gəmiçilik bərpa olunmalıdır! 22:20 ABŞ Hərbi Qüvvələri dəniz əməliyyatlarının nəticələrini ELAN ETDİ 22:03 İsrail və Livan danışıqları nə vaxta qədər davam edəcək? - AÇIQLANDI 21:57 90 faizə yaxın əhalisi müsəlman olan ölkədə ölülərin yandırılması qadağan edildi 21:46 Xankəndidən sonra Ağdam: Türkiyəli jurnalistlər Qarabağda - FOTOLAR 21:36 Kiyev Aİ-yə üzv olmaq üçün istiqamətdə hərəkətə keçir - SİYAHI 21:23 Körpələrin də olduğu təyyarə burulğana düşdü - Xəsarət alanlar var 21:10 Rusiya Hindistanı razı sala bilmədi: Ən yeni qırıcıya “YOX” dedi 21:05 Tramp üçün keçirilən turnir UFC-yə “baha başa gəldi” 20:51 Üç il gizli qalan faciə: Qəzzada 112 nəfərin qalıqları tapıldı 20:38 Bütün Xəbərlər